Müharibə kölgəsindəki Qəzzada Ramazan həyəcanı FOTO
    • 26-02-2024, 11:58
    • 175

Müharibə kölgəsindəki Qəzzada Ramazan həyəcanı FOTO

İsrailin blokada altındakı Qəzza zolağına hücumları fasiləsiz olaraq davam edir.

News24.az xəbər verir ki, Ramazana bir neçə gün qalmış Rəfah şəhərində fələstinlilər Ramazanın simvollarından biri olan “Ramazan fənərləri”ni satmağa başlayıblar. 

Qeyd edə ki, köçkün fələstinlilərin əksəriyyəti İsrailin daha əvvəl “təhlükəsiz” olduğunu iddia etdiyi Rəfaha sığınıb. Şimal rayonlarından gələnlərlə Rəfəh əhalisi 5 dəfədən çox artaraq 1,5 milyon nəfərə çatıb.

Kifayət qədər mənzil olmadığı üçün Rəfaha sığınan fələstinlilərin çoxu müvəqqəti çadırlardan ibarət düşərgələrdə sağ qalmaq üçün mübarizə aparır.

İsrailin Rəfah şəhərinə qurudan hücum edəcəyi təqdirdə, mülki əhalinin Qəzza zolağında sığınacaq tapmayacağından ehtiyat edilir.

Günel Məlikzadə