Amerikada azərbaycanlı GÜLLƏLƏNDİ - FOTO - VİDEO
    • 8-05-2019, 10:46
    • 1 423

Amerikada azərbaycanlı GÜLLƏLƏNDİ - FOTO - VİDEO

Amerikada azərbaycanlı güllələnərək qətlə yetirilib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Pensilvaniya ştatının Vayomissinq şəhərində baş verib. 37 yaşlı Nail Salamov mənzilinə girmək istəyən 2 naməlum şəxslə əlbəyaxa olub. Dava zamanı həmin şəxslər ona atəş açıb. N.Salamov xəstəxanaya çatdırılsa da, onun həyatınıı xilas etmək mümkün olmayıb. Cinayət zamanı mərhumun iki övladı da mənzildə olub. İnsident zamanı onlar xəsarət almayıb. 

Qeyd edək ki, N.Salamov Amerikada bank sektorunda çalışıb və onun kriminal aləmlə bağlılığının olmadığı deyilir.