Britaniyanın ən cazibədar kişisi odur
    • 17-05-2024, 16:15
    • 284

Britaniyanın ən cazibədar kişisi odur

İngiltərə və İrlandiyanın ən seksual kişisi məlum olub. 64 yaşlı aparıcı və müəllif Ceremi Klarkson IllicitEncounters-in illik sorğusunda birinci olub.

News24.az xəbər verir ki, keçən il qalib seçilən Klarkson, Oppenheimerin baş rol ifaçısı Cillian Murphy və Lüter ulduzu İdris Elbanı geridə qoyub.

Ən seksual kişi anketinə təxminən 2 min qadın qatılıb. Clarkson sorğuda 10 baldan 9 bal toplayaraq siyahıda birinci yeri tutub.

Siyahıda ikinci yerdə Hörümçək adam serialının ulduzu Tom Holland, üçüncü yerdə isə Şahzadə Uilyam qərarlaşıb.

Qeyd edək ki, şahzadə Harri siyahıda 47-ci yerdədir.

Oppenheimer ulduzu Cillian Merphy, İdris Elba və Dermot O'Liary ilə birlikdə siyahıda beşinci yerdə qərarlaşıb.

Günel Məlikzadə