Priqojin ən nüfuzlu yəhudilər siyahısına DAXİL EDİLDİ
    • 15-09-2023, 17:25
    • 289

Priqojin ən nüfuzlu yəhudilər siyahısına DAXİL EDİLDİ

İsrailin “Jerusalem Post” qəzeti “Vaqner” özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojini ölümündən sonra bu ilin ən nüfuzlu yəhudiləri siyahısına daxil edib.

News24.az xəbər verir ki, siyahıda birinci yerdə amerikalı iş adamı, OpenAI-nin baş direktoru Sem Altman, ikinci yerdə İsrailin baş naziri Netanyahu, üçüncü yerdə isə ABŞ dövlət katibi Blinken qərarlaşıb. Priqojin isə siyahıda sonuncu yerdədir.

Maraqlıdır ki, Ukrayna prezidenti Vladimir Zelenski bu siyahıya daxil edilməyib. Qəzet bu reytinqi hər il yəhudilərin Yeni ili münasibətilə dərc edir.

Qeyd edək  ki, Priqojin avqustun 23-də Tver vilayətində təyyarə qəzası nəticəsində dünyasını dəyişib.

Aynurə