-
- 17-05-2024, 16:17
- 299
Türkiyənin böyümə proqnozu açıqlandı
Birləşmiş Millətlər Təşkilatı yanvar ayında dərc olunan "Dünya İqtisadi Vəziyyəti və Perspektivləri 2024" hesabatının orta illik yeniləməsini paylaşıb.
News24.az xəbər verir ki, hesabat yanvar ayından qlobal iqtisadi gözləntilərin yaxşılaşdığına diqqət çəkib. Vurğulanıb ki, əsas iqtisadiyyatlar ciddi tənəzzüldən qaçıb, işsizliyi artırmadan inflyasiyanı aşağı salıblar.
Hesabatda bu il qlobal iqtisadiyyatın 2,7 faiz artacağı gözlənildiyi və bunun yanvar ayında proqnozlaşdırılandan 0,3 bənd yüksək olduğu bildirilib.
BMT bu il Türkiyədə iqtisadi artımın 3,2 faiz olacağını gözləyir. Bildirilir ki, Türkiyənin cari hesab kəsiri bu ilin əvvəlində daxili tələbin yumşalması və idxalın azalması səbəbindən azalıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı qısamüddətli qlobal iqtisadi proqnozun ehtiyatla optimist olduğunu və bu il üçün qlobal iqtisadi artım proqnozunu 2,7 faizə yüksəltdiyini bəyan edib. Hesabatda bu il Türkiyədə iqtisadi artımın 3,2 faiz olacağı gözlənilir.
Günel Məlikzadə