-
- 17-05-2024, 16:24
- 258
Boeing-də fəlakət ssenariləri
FƏLAKƏT RİSKİ XƏBƏRDARLIĞI
NASA-nı Starliner kosmik gəmisi üçün hissələri təmin edən ValveTech şirkəti, buraxılışın bu gün baş tutacağından bir həftə əvvəl xəbərdarlıq edib.
News24.az xəbər verir ki, ValveTech prezidenti Erin Favil mətbuata açıqlamasında bildirib: “NASA-nın dəyərli tərəfdaşı və klapan ekspertləri olaraq, buraxılış meydançasında fəlakət riski səbəbindən ikinci buraxılışa cəhd etməməyi qətiyyətlə tövsiyə edirik”.
Faville NASA-nı "Fəlakət astronavtları vurmazdan əvvəl Starlinerin təhlükəsizliyini təmin etmək üçün ikiqat yoxlamaya" çağırıb.
Bildirək ki, bu çağırışdan sonra buraxılış ikinci dəfə ləğv edilib.
Ardıcıl uğursuzluqlar səbəbindən son vaxtlar manşetlərə çevrilən Boeing üçün bu, ən son bəd xəbərdir.
Günel Məlikzadə