NASA-nın astronavtları kosmosa yollanırlar
    • 4-03-2024, 13:54
    • 258

NASA-nın astronavtları kosmosa yollanırlar

NASA Crew-8 astronavtlarını daşıyan Space X Falcon-9 orbitə buraxılıb.

News24.az xəbər verir ki, ABŞ-ın Florida ştatındakı Cape Canaveral şəhərindəki Kennedi Kosmik Mərkəzindən Crew 8 missiyası üçün Dragon kapsulunu daşıyan SpaceX Falcon 9 raketi hava şəraiti səbəbindən 39A uçuş-enmə zolağından buraxılması 1 gün təxirə salındıqdan sonra bu gün uçuş-enmə zolağından buraxılıb. 

Qeyd edək ki, Rusiyalı kosmonavt və missiya mütəxəssisi Aleksandr Qrebenkin və NASA astronavtları pilot Maykl Barratt, komandir Metyu Dominik və missiya mütəxəssisi Jeanette Eppsi altı aylıq ekspedisiya üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) aparacaqlar.

Günel məlikzadə