Anasını öldürdü, atasını yaraladı..
    • 17-05-2024, 22:50
    • 319

Anasını öldürdü, atasını yaraladı..

Ərzurumda anasını öldürən, atasını yaralayan müttəhimə yaxşı rəftarına görə ömürlük həbs cəzası kəsilib.

News24.az xəbər verir ki, hadisə 13 aprel 2023-cü il tarixdə saat 10:00 radələrində bir mənzildə baş verib.

Universitet tələbəsi Ahmet Yavuz Köşebent yataqda yatan anası Serpil Köşebentə mətbəxdən götürdüyü bıçaqla 5 bıçaq zərbəsi vuraraq öldürüb.

Köşebent səsləri eşidib otağa daxil olan atası Nevzat Köşebenti də yaralayıb. Ahmet Yavuz Köşebent də atası ilə dava zamanı əlindən yaralanıb. Bıçağı qonşuları tərəfindən əlindən alan Ahmet Yavuz Köşebent çağırılan polis qrupları tərəfindən saxlanılıb.

Qeyd edək ki, psixoloji problemləri olduğu aşkarlanan şübhəli xəstəxanada müalicə olunduqdan sonra həbs edilib.

Günel Məlikzadə