Sahildə 30 qeyri-qanuni mühacir..
    • 17-05-2024, 23:20
    • 342

Sahildə 30 qeyri-qanuni mühacir..

İzmir Urla mahalı sahillərində xilasedici sallarda bir qrup nizamsız immiqrant olduğu xəbəri üzərinə Sahil Mühafizə gəmisi bölgəyə yönəldilib.

News24.az xəbər verir ki, komandalar Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına geri itələnərək 2 xilasedici salda 14-ü uşaq olmaqla 30 qeyri-qanuni immiqrantı xilas edib.

Onu da bildirək ki, Seferihisar rayonu sahillərində dayandırılan səyyar rezin qayıqda 4-ü uşaq olmaqla 22 qeyri-qanuni immiqrant yaxalanıb.

Prosedurların ardından immiqrantlar İl İmmiqrasiya İdarəsi Müdirliyinə göndərilib.

Günel Məlikzadə