ABŞ: İsrail müdafiəsiz qalmayıb
    • 18-05-2024, 09:00
    • 262

ABŞ: İsrail müdafiəsiz qalmayıb

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi Ağ Evdə təşkil edilən mətbuat brifinqində Qəzza gündəmi ilə bağlı qiymətləndirmələr edib.

News24.az xəbər verir ki, müəyyən ölçüdə bombaların İsrailə göndərilməsinin dayandırılmasının ABŞ-İsrail münasibətlərinə mənfi təsir göstərmədiyini müdafiə edən Kirbi, bu göndərişin müvəqqəti olaraq dayandırıldığını və göndərişlə bağlı araşdırmaların davam etdiyini bildirib.

"Biz yalnız 900 funt-sterlinqlik bombaların daşınmasını dayandırdıq. Lakin ABŞ-dan İsrailə başqa silah və müdafiə dəstəyi axını davam edir. İsrail müdafiəsiz qalmayıb. İsrail hazırda oxşar hərbi imkanlara və ehtiyatlara malikdir, bundan sonra da olacaq" Kirbi bildirib. 

ABŞ prezidenti Co Baydenin Rəfahla bağlı mövqeyinin aydın olduğunu qeyd edən Kirbi, İsrailin bu bölgəyə böyük bir hücum etməməsi lazım olduğunu açıq şəkildə ifadə edib.

Günel Məlikzadə