"Atəşkəs HƏMAS-ın xeyrinə olacaq" - KİRBİ
    • 31-10-2023, 14:52
    • 121

"Atəşkəs HƏMAS-ın xeyrinə olacaq" - KİRBİ

“Biz indi Qəzza zolağında atəşkəsin HƏMAS-ın xeyrinə olacağına inanırıq”.

News24.az “dw.com”a istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“İndi atəşkəsin düzgün cavab olduğuna inanmırıq. Bu zaman atəşkəsin HƏMAS-ın xeyrinə olacağına inanırıq”, - Kirbi deyib.

ABŞ rəsmisi qeyd edib ki, ABŞ atəşkəs əvəzinə Qəzzada şiddətdən xilas olmaq istəyən mülki şəxslərin təxliyyəsini və bölgəyə humanitar yardımların çatdırılmasını asanlaşdırmaq üçün müvəqqəti humanitar fasilələrə açıqdır.

Ayşən