Məleykə Abbaszadə yüksək bal toplasa da ali məktəbə qəbul olmadığı iddia olunan abituriyentlə bağlı açıqlama verib
    • 21-09-2018, 12:15
    • 972

Məleykə Abbaszadə yüksək bal toplasa da ali məktəbə qəbul olmadığı iddia olunan abituriyentlə bağlı açıqlama verib

"Abituriyent Əsgəri İbrahimin valideynləri yay qəbul imtahanında övladlarının yüksək bal toplayıb da universitetə daxil olmaması ilə bağlı məhkəməyə müraciət etməyib".

Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, həmin iddia tamamilə qondarma olub: "Valideynlər mərkəzin binasında mənim iştirakımla keçirilən mətbuat konfransında narazı qaldıqları üçün məhkəməyə müraciət edəcəklərini bildirmişdilər. Biz də bunu gözləyirdik, lakin onlar heç nə etmədilər. Çünki, bu, yalan məlumat idi. Təəssüf ki, bəzi şəxslər bu prosesdən özlərini reklam etmək üçün istifadə edirlər".

M.Abbaszadə mediaya müraciət edərək bildirib ki, hansısa məlumatın araşdırılması üçün birbaşa DİM-ə müraciət etmək olar: "Eyni zamanda müraciəti mərkəzin sosial şəbəkələrdəki səhifələrinə də etmək olar. Biz hər zaman rəsmi mövqeyimizi bildiririk".

Qeyd edək ki, abituriyent yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb. O, aşağı bal topladığı üçün müsabiqədən keçməyib.