Bakıda evdən 4 minlik qızıl oğurlayan qadın saxlanıldı
    • 10-05-2024, 16:15
    • 117

Bakıda evdən 4 minlik qızıl oğurlayan qadın saxlanıldı

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, mayın 6-da Binə qəsəbəsindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.