Bakıda qadın mağazadan paltarlar oğurladı
    • 17-01-2024, 23:36
    • 258

Bakıda qadın mağazadan paltarlar oğurladı


Bakıda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisindəki mağazaların birindən 680 manat dəyərində geyim əşyası oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.