Təzyiq ölçərkən buraxılan SƏHVLƏR
    • 13-02-2024, 13:29
    • 675

Təzyiq ölçərkən buraxılan SƏHVLƏR

İnsanlar təzyiqi ölçərkən çox vaxt ciddi səhv edirlər. Bu isə onlara vəziyyəti düzgün qiymətləndirməyə imkan vermir.

News24.az xəbər verir ki, bu barədə Rusiya tibb elmləri namizədi, ümumi praktik həkim Aleksey Xuxrev xəbərdarlıq edib.

Onun sözlərinə görə, təzyiq eyni vaxtda, sakit vəziyyətdə, bir dəfə bir qolda ölçülməlidirş Qısa vaxt sonra eyni qolda təzyiqi ölçmək isə böyük səhvdir.

O bildirib ki, bəzi insanlar əmindirlər ki, təzyiq bir qolda üç dəfə ölçülməlidir və riyazi ortalama götürməlidir. Lakin bu düzgün deyil. Həkim izah edir ki, təzyiqi ölçən zaman qoldakı damarlar daralır. Nəticədə, bütün sonrakı ölçmələr reallıqdan daha yüksək təzyiq göstərir. 

Xuxrevin sözlərinə görə, eyni qolda növbəti ölçmə üçün ən azı yarım saat vaxt keçməlidir, bu zaman isə nəticə dəqiq olacaq.