-
- 18-05-2024, 21:40
- 761
Ürəyi dərmansız gücləndirməyin yolu
Stress, təşviş və gərginlik ürək və digər orqanlarda problemlər yaradır.
News24.az "medicina"ya istinadən xəbər verir ki, alimlər ürəyi qüvvətləndirmək üçün dərmansız təsirli metod açıqlayıblar.
Stress və narahatıq, fikir və kədər miokard üçün öldürücüdür. Orqanizmdə iltihabi prosesləri artırır.
Miçiqan Texnoloji Universitetinin əməkdaşları Amerika Psixoloji Cəmiyyətinin konfransında yeni elmi araşdırmalarının qənaətini təqdim ediblər.
Belə ki, 1 saat meditasiyanın ürəyin vəziyyətinə müsbət təsir etdiyi sübut olunub.
1 saat meditasiya ürək üçün təhlükəli olan təşviş, həyəcan və stresin səviyyəsini 50% azaldır.
Eksperimentdə iştirak edən insanlarda meditasiyadan sonra iltihab markerləri azalmış, arteriyalarda mexaniki stress düşüb, beyində rahatlama olub, təzyiq normallaşıb.
Ona görə də meditasiyanı təşviş və depressiyaya qarşı ən birinci təsirli vasitədir.
Eləcə də ürək sağlamlığına təsir edir.