XİN: Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır
    • 19-05-2024, 20:16
    • 195

XİN: Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır


“İran prezidenti İbrahim Rəisi, xarici işlər nazirini və digər rəsmiləri daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat edir”.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi paylaşım edib.

Paylaşımda deyilir:

“Xilasedicilər hadisə yerinə çatmağa çalışarkən onların təhlükəsizliyi və qorunması üçün ümid edirik və dua edirik.

Azərbaycan dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır”.