Məhəmməd Möhbər İran Prezidentinin səlahiyyətlərini icra edəcək
    • 20-05-2024, 09:55
    • 343

Məhəmməd Möhbər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər seçkilərə qədər İran Prezidenti vəzifəsini icra edəcək.

News24.az “Report”-a istinadən xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat yayıb.

İran KİV-lərinin məlumatına görə, M.Möhbər İran Xüsusi Şurası tərəfindən təşkil olunacaq yeni prezident seçkilərinə qədər, yəni 50 gün ərzində prezident vəzifəsini icra edəcək.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib.

Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.