-
- 3-01-2024, 22:22
- 333
İran Prezidenti Türkiyəyə səfərini ləğv edib
İran Prezidenti İbrahim Rəisi Kermanda baş verən terror aktından sonra Türkiyəyə səfərini ləğv edib.
News24.az xəbər verir ki, İran Prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi IRNA-ya açıqlamasında İbrahim Rəisinin Türkiyəyə səfərinin ləğv edildiyini və səfərin başqa vaxt baş tutacağını deyib.
Qeyd edək ki, İbrahim Rəisinin sabah Türkiyəyə səfəri planlaşdırılmışdı./apa