-
- 20-05-2024, 16:54
- 207
"Hadisə administrasiyada boşluq yaratmayacaq"
İranın Borna Xəbər Agentliyinin məlumatına görə, Muhbir kabinetin iclasında Rəisinin ölümünə səbəb olan vertolyot qəzası barədə danışıb.
News24.az xəbər verir ki, Muhbir deyib: "Hadisə dövlət, millət və ölkə rəhbəri (Əli Xamenei) üçün çox ağırdır. Amma bu mühüm hadisə liderin (Xamenei) rəhbərliyi altında idarəçilikdə heç bir boşluq yaratmayacaq. Qoy, baş verənlər baş versin. Xalq bundan əmin olsun”.
Dövlət rəsmilərinə müraciət edən Muhbir bildirib ki, onlar heç bir halda öz vəzifələrini yerinə yetirərkən bərbad vəziyyətə düşməməlidirlər.
Günel Məlikzadə