Kirayəçi ölü tapıldı..
    • 20-05-2024, 23:50
    • 473

Kirayəçi ölü tapıldı..

Antalyada iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində yaşayan Əli Durmuş Tokla (58) əlaqə saxlaya bilməyən ev sahibi vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildirib.

News24.az xəbər verir ki, hadisə yerinə polis və tibb işçiləri göndərilib. Polislə birlikdə evə daxil olan tibb işçiləri müayinə etdikdən sonra 58 yaşlı kişinin öldüyünü müəyyən ediblər. 

Elazığda qeydiyyatda olduğu aşkarlanan Tokun Qazipaşada heç kimi olmadığı qeyd edilib. 

Digər tərəfdən, polis qrupları tərəfindən evə baxış zamanı sənədsiz bir silah tapılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə