-
- 11-04-2024, 17:10
- 478
Müəllimin şübhəli ölümü
Bursada yaşayan 54 yaşlı ingilis dili müəllimi Qaye Kayan ailəsi ilə birlikdə yaşadığı evdə ölü tapılıb.
News24.az xəbər verir ki, hadisə Gəmlik rayonu, Cümhuriyyət məhəlləsindəki yaşayış binasının 3-cü mərtəbəsində baş verib.
Cəlal Bayar Anadolu Liseyində ingilis dili müəllimi işləyən Qaye Kayan bu gün səhər saatlarında ailəsi ilə birlikdə yaşadığı evdə yatağında anası tərəfindən hərəkətsiz vəziyyətdə tapılıb.
Xəbər verildikdən sonra ünvana gələn tibb işçiləri Kayanın öldüyünü müəyyən ediblər.
Subay olan, daha əvvəl heç bir xəstəliyi olmayan və infarktdan öldüyü güman edilən Qaye müəllimin cansız bədəni ölüm səbəbinin müəyyən edilməsi üçün Bursa Ədliyyə Tibb Təşkilatı Morquna aparılıb.
Qaye müəllimin ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə