-
- 20-05-2024, 23:59
- 264
NATO-dan İrana başsağlığı mesajı
NATO sözçüsü Farah Dakhlallah X sosial media platformasındakı paylaşımında helikopter qəzasında həyatını itirən Rəisi və Abdullahiyan da daxil olmaqla İran xalqına başsağlığı verib.
News24.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell də yazılı açıqlama verib.
Açıqlamada, "Aİ bazar günü baş verən faciəvi helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər İran rəsmilərinə başsağlığı verir" deyə yazılıb.
Borrell "bütün həlak olanların ailələrinə və qəzada zərər çəkən İran vətəndaşlarına" başsağlığı verib.
Günel Məlikzadə