-
- 20-05-2024, 21:24
- 422
Hidayət Heydərov dünya çempionu oldu
Azərbaycan cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, 73 kiloqramda mübarizə aparan idmançı finalda vaxtın bitməsinə 10 saniyə qalmış rəqibi Tatsuki İşiharanı (Yaponiya) ipponla məğlub edib.
Bu, Azərbaycan cüdo tarixində dünya çempionatında qazanılan ikinci qızıl mükafatdır. Bunadək Elxan Məmmədov 2013-cü ildə bu titula yiyələnib.
Bu gün tatamiyə çıxan digər Azərbaycan cüdoçuları - Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kiloqram) və Açelya Toprak (57 kiloqram) yarışı medalsız başa vurublar.
Qeyd edək ki, dünya çempionatı mayın 23-də başa çatacaq.