Zəhər alverçilərinə zərbə: 272 nəfər saxlanıldı
    • 21-05-2024, 10:11
    • 184

Zəhər alverçilərinə zərbə: 272 nəfər saxlanıldı

Türkiyə Daxili işlər naziri Əli Yerlikaya 17 vilayətdə zəhər tacirlərinə qarşı həyata keçirilən "Narkoçelik-18" əməliyyatlarında 1 ton 57 kiloqram narkotik maddə və 16 milyon 218 min narkotik həb ələ keçirildiyini, 272 narkotik satıcısının tutulduğunu bildirib.

News24.az xəbər verir ki, Nazir Yerlikaya sosial media hesabında etdiyi paylaşımda əməliyyatların Adana, Antalya, Aydın, Ağrı, İstanbul, Diyarbəkir, Ədirnə, Nevşehir, Çankırı, İzmir, Osmaniye, Hatay, Çanaqqala, Bingöl koordinasiyasında aparıldığını bildirib.

Yerlikaya, “Ölkəmizi bu çirkab sulardan təmizləməkdə qərarlıyıq. Biz narkotik alverçilərinin gələcəyimiz olan gənclərimizi və cəmiyyətimizi zəhərləməsinə heç vaxt imkan verməyəcəyik" deyib.

Günel Məlikzadə