-
- 21-05-2024, 12:03
- 279
"Bu, dövlət kursunun ən mühüm nailiyyətidir"
İnsan alveri ilə mübarizə müstəqillik dövrümüzün son 30 illik hüquq-mühafizə siyasəti, o cümlədən insan hüquq və azadlıqlarının qorunmasına yönələn dövlət kursunun ən mühüm nailiyyətidir.
News24.az xəbər verir ki, deputat Zahid Oruc Milli Məclisdə çıxışında deyib.
"Şuşa və bütün azad torpaqlara 32 il sonra ilk sakinlərin qayıtdığı bir vaxtda Milli Məclis İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun sayca 19-cu Məlumatını müzakirə edir. Gələn il insan hüquqlarının təmin edilməsində özünəməxsus statusu və missiyası olan Baş İdarənin yaradılmasının 20 ili tamam olacaq. Son 20 ildə insan alveri cinayətlərinin ümumi sayı 2326 olub və hər il artım baş versə də bütün dövlərdə DİO nın mübarizəsi daha sistemli, əhatəli və təsirli olub. Son 20 ildə bu cinayətə görə məsuliyyətə cəlb olunanların sayı 636 təşkil edib. Təəssüflər olsun ki, onlardan 541-qadın, 95 i isə kişidir. Həm qurban, həm də törədənlərin zərif cinsin nümayəndələri olması ağrılı haldır. Son 20 ildə ümumilikdə qurbanların 1350 nəfər təşkil etməsi cinayətin latent, yəni, gizli saxlanılmasına şərait yaradan mədəni və şəxsi amilləri də nəzərə almalıyıq".
Şəhanə