-
- 21-05-2024, 12:03
- 585
La Liqanın yeni ulduzu Arda Gülər
Arda Gülər İspaniyada yaxşı təəssürat yaratmağa davam edir.
News24.az xəbər verir ki, o, hazırda "zaman - qollar" statistikasında La Liqada ən yaxşısıdır.
"Real Madrid" - "Vilyarreal" matçında 4:4 hesablı heç-heçə edən milli futbolçu komandasının heyətində 2 qol vurub.
Baş məşqçi Karlo Ançelottinin sözlərinə görə, Arda çox xüsusi oyunçudur.
İtalyan məşqçi: "Arda Gülər hücumda xüsusi işlər görür. O, çox təsirli oyunçudur və qeyri-adi istedada malikdir. Çox şansı olmasa da, çoxlu qollar vurub". qiymətləndirməsini edib.
Qeyd edək ki, Arda Gülər bu mövsüm La Liqada 373 dəqiqə meydanda olub və 6 qol vurub.
Yəni meydanda olduğu hər 62 dəqiqədə bir dəfə fərqlənib.
“As” qəzeti manşetində Arda Gülərə yer versə də, “ilk dublyor” ifadəsini işlədib.
Günel Məlikzadə