Arda Gülər hərkəsi HEYRAN QOYDU

Arda Gülər hərkəsi HEYRAN QOYDU
İDMAN

Baxış: 9 059 \ Tarix: 12-02-2024, 12:08

Mətn ölçüsü

La Liqa matçının son 13 dəqiqəsində meydana çıxan Arda Gülər performansı ilə hərkəsi heyran qoyub.

News24.az xəbər verir ki, Arda Gülər matçın son anlarında komandasına penalti təyin etdirsə də, Joselu penalti zərbəsindən yararlana bilməyib.

Girona matçında La Liqada ikinci dəfə çıxış edən Arda Gülər Çempionlar Liqasında ilkini yaşamağa hazırlaşır.

Çempionlar Liqasının son 16 turunda sabah səfərdə "Leypsiq"lə qarşılaşacaq "Real Madrid" matç üçün heyətini açıqlayıb. Heyətdə milli futbolçu Arda Gülər də var.

Gülər sabahkı matçda oynasa, Çempionlar Liqasında ilk dəfə Real Madrid forması ilə meydanda oynayacaq.

Arda Gülər Çempionlar Liqasının qrup mərhələsində ikinci "Braqa" matçı üçün heyətdə olsa da, Ançelotti tərəfindən meydana göndərilməyib.

Leypsiq matçı üçün heyətinə aşağıdakı adlar daxildir:

Lunin, Kepa, Fran, Carvajal, Nacho, Lucas Vazquez, Fran Garcia, Mendy, Carrillo, Jacobo, Kroos, Modric, Camavingu, Valverde, Ceballos, Arda Güler, Mario Martin, Nico Paz, Vini Jr., Rodrygo, Joselu, Brahim.

Günel Məlikzadə