Ançelottidən Arda Gülər açıqlaması gəldi
    • 25-04-2024, 15:35
    • 296

Ançelottidən Arda Gülər açıqlaması gəldi

La Liqanın lideri "Real Madrid" 33-cü həftə matçında səfərdə "Real Sosyedad"la qarşılaşacaq.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, baş məşqçi Karlo Ançelotti də "Real Sosyedad" matçı öncəsi keçirdiyi mətbuat konfransında Arda Gülər haqqında açıqlamalar verib.

Arda Gülərin bir müddətdir hazır olduğunu bildirən Ançelotti, "Arda Gülər yaxşı formadadır. Bir müddətdir ki, hazırdı, matçlar çətin keçdi və heç bir şansı olmadı. Dəqiqələr almağa layiqdir" - dedi.

Xavinin ayrılmaq qərarına toxunan mütəxəssis, "Xavinin fikri dəyişikliyinə hörmət etməliyik. Karyeram boyunca dəfələrlə qərarımı dəyişmişəm. Bunu etmək olduqca normaldır. O, "Barselona"da yaxşı işlər gördü və klubu gözəl tanıyır" - dedi.