-
- 21-05-2024, 23:59
- 583
Su kanalında itən Məciddən kədərli xəbər
Adanada suvarma kanalına sərinləmək üçün daxil olan Mecid Barhonu axın aparıb və gözdən itib.
News24.az xəbər verir ki, ətrafdakıların xəbərdarlığından sonra əraziyə Sualtı Qrup Komandanlığının dalğıc polisləri göndərilib.
Suvarma kanalında axtarış aparan polis dalğıcları Mecidə çata bilməyib. Axtarış işlərinin sürətləndirilməsi məqsədilə prokurorluğun göstərişi ilə kanala verilən su kəsilib.
Axtarış zamanı Barhonun cansız bədəni suya girdiyi yerdən 5 kilometr aralıda, Alihocalı məhəlləsi yaxınlığında tapılıb.
Polis dalğıcları tərəfindən çıxarılan meyit müayinə olunduqdan sonra Adana Ədliyyə Tibb Qurumunun meyitxanasına aparılıb.
Günel Məlikzadə