İtən gənc qızın cəsədi tapılıb
    • 12-02-2024, 17:32
    • 132

İtən gənc qızın cəsədi tapılıb

4 gün əvvəl Petrol Məhəlləsindəki evindən çıxan Rojvelat Kızmazın yaxınlarının itkin düşdüyü üçün polisə şikayət etməsindən sonra başladılan işlərdə Hasankeyf mahalında İlısu Prof. Dr. Veysel Eroğlu Anbar gölünün sahilində bəzi qadın geyimləri təsbit edildi.

News24.az xəbər verir ki, polis, jandarma və AFAD qruplar sözügedən ərazidə həm quruda, həm də bənd gölündə axtarış aparıb.

Dalğıc qrupları paltarların tapıldığı yerdən təxminən 50 metr aralıda bir cəsəd tapıblar.

Sudan çıxarılaraq qayığa aparılan cəsədin Kızmaza aid olduğu müəyyən edilib.

Kızmazın cəsədi prokuror tərəfindən müayinə olunduqdan sonra yarılma üçün Batman Təhsil və Araşdırma Xəstəxanasına göndərilib.

Batman Qubernatorluğunun sosial media hesabında edilən paylaşımda ailəsinin polis bölməsinə verdiyi xəbərdə Rojvelat Kızmazın saat 10.20 radələrində evdən çıxdığı, axtarışlara baxmayaraq tapıla bilmədiyi bildirilib. Fevralın 9-u saat 17.45 sıralarında itkin düşdüyü və itkin şikayəti olduğu bildirildi.

Günel Məlikzadə