-
- 21-05-2024, 17:47
- 238
Netanyahundan həbs qərarına reaksiya
Netanyahu BCM-nin baş prokuroru Hanın həbs qərarı üçün müraciəti ilə bağlı video bəyanat yayıb.
News24.az xəbər verir ki, baş prokurorun müraciətinin "absurd və yanlış" olduğunu müdafiə edən Netanyahu bunun "bütün İsrail dövlətinə və ordusuna qarşı yönəldiyini" iddia edib.
Oktyabrın 7-dən bu yana Qəzzada böyük humanitar fəlakətə səbəb olan hücumların davam edəcəyinə diqqət çəkən Netanyahu, "Söz verirəm ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin HƏMAS-ı devirməsinə mane olmayacaq" deyib.
İsrailin Qəzzaya hücumlarına son qoyulması və Fələstinə dəstək məqsədi ilə bir çox ölkədə universitetlərdə keçirilən nümayişlərə də toxunan Netanyahu, sözügedən tətbiqin "universitet şəhərciklərindən ICC-yə daşınan antisemitizmin yeni bir nümunəsi" olduğunu iddia edib.
İsrailin müdafiə naziri Yoav Gallant bu gün verdiyi açıqlamada onun və Netanyahunun həbsinə order verilməsi tələbini Qəzza müharibəsinə müdaxilə etmək üçün "rüsvayçı cəhd" kimi qiymətləndirib.
Günel Məlikzadə