-
- 1-05-2024, 09:37
- 804
Netanyahu həbs ediləcək?
Aprelin 19-da İsraildə yayımlanan Kanal 12 televiziyasının xəbərində BCM-nin Qəzza zolağında müharibə cinayətləri törətdikləri səbəbilə baş nazir Benyamin Netanyahu və yüksək səviyyəli İsrail rəsmiləri üçün beynəlxalq həbs qərarı çıxarmaq üzərində çalışdığı açıqlanıb.
News24.az xəbər verir ki, Netanyahu, "Məhkəmənin İsrail üzərində səlahiyyəti yoxdur; hərbi cinayətlər səbəbilə hərbçilərə və dövlət məmurlarına qarşı həbs orderi vermə ehtimalı tarixi qalmaqal və antisemitizmdir" deyib.
Qeyd edək ki, İsrailin “Walla” internet saytında yer alan xəbərdə, İsrail rəsmilərinin son iki həftədə BCM-nin Netanyahu, müdafiə naziri Yoav Gallant və İsrail Baş Qərargah rəisi Herzi Halevi üçün həbs orderi verməyə hazırlaşmasından daha çox narahat olduğu bildirilib.
İsrail Xarici İşlər Nazirliyi həmçinin dünyadakı səfirliklərindən BCM-nin İsrail rəsmilərinin həbsinə order verəcəyi təqdirdə yarana biləcək fəsadlara hazır olmalarını xahiş edib.
Netanyahu, həbs qərarı verilməsinin mümkünlüyünə işarə edərək, “azad dünyanın liderlərini bu təhlükəli addımı dayandırmaq üçün bütün təsir imkanlarından istifadə etməyə” çağırıb.
Günel Məlikzadə