-
- 21-05-2024, 13:02
- 261
Bayden: "İsrailin hücumları soyqırım deyil"
Bayden İsrailin Qəzzaya hücumlarının "soyqırım olmadığını" iddia edib.
News24.az xəbər verir ki, Bayden Ağ Evdə “Amerika Yəhudi İrsi Ayı” üçün keçirilən tədbirdə çıxış edib.
Bayden deyib: "Beynəlxalq Ədalət Məhkəməsinin İsraillə bağlı iddialarının əksinə olaraq, (Qəzzada) baş verənlər soyqırım deyil. Biz bunu qəbul etmirik".
Bayden həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xanın İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Gallanta qarşı “həbs orderi” verilməsi ilə bağlı müraciətini rədd etdiklərini bildirib.
Bayden bəyan edib ki, İsraili Həmasla eyniləşdirməkdən söhbət gedə bilməz.
Günel Məlikzadə