Əfv Komissiyası növbəti dəfə toplanır
    • 21-05-2024, 18:00
    • 218

Əfv Komissiyası növbəti dəfə toplanır

22 mayda Əfv Komissiyasının növbəti iclası keçiriləcək.

News24.az bildirir ki, bu sözləri Əfv Komissiyasının üzvü Rəşad Məcid deyib.

“Əlavə olaraq, sonrakı günlərdə də iclas keçirilə bilər. Hər iclasda yüzdən artıq müraciətə baxılır. Proses yekunlaşdıqdan sonra sənədlər Cənab Prezidentə təqdim olunacaq”, - R.Məcid bildirib.

Qeyd edək ki, komissiyanın bu il indiyədək 5 iclası keçirilib və 500-ə yaxın müraciətə baxılıb.