Baş Prokurorluqdan zəhərlənmə ilə bağlı AÇIQLAMA
    • 22-05-2024, 10:12
    • 180

Baş Prokurorluqdan zəhərlənmə ilə bağlı AÇIQLAMA

Sumqayıt şəhərində dörd nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 21-də Sumqayıt şəhərində ana və üç azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.