Sumqayıtda ailə faciəsi: 1 ailənin 5 üzvü... - VİDEO
    • 16-01-2024, 20:09
    • 110

Sumqayıtda ailə faciəsi: 1 ailənin 5 üzvü... - VİDEO


Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla 4 nəfər isə zəhərlənib. Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.