Dənizdən 1,5 ton marixuana çıxarılıb. 

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Ege bölgəsində, Ayvalıkda yaşanıb. Dənizdə şübhəli bağlamalar görən sakinlər polisə məlumat veriblər. Dənizdən xüsusi bağlamalarda olan ton yarım marixuanı çıxaran polislər, narkodillerlərin gəmini həddindən artıq yüklədikləri üçün batdığını açıqlayıblar. Narkotik vasitələri dəniz yolu ilə daşımaq istəyən 6 nəfər saxlanılıb. Onlardan 5-i həbs olunub. 

Video

Fotolar