Bakı bulvarı ərazisində dənizdən meyit çıxarıldı
    • 24-03-2020, 00:46
    • 2 609

Bakı bulvarı ərazisində dənizdən meyit çıxarıldı

Bakının Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində dənizdən meyit çıxarılıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzin daxil olub.

Bildirilir ki, müşahidə olunan 1 nəfərin meyitinin sudan çıxarılması üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın (şəxsiyyəti dəqiqləşdirilir) meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.