Ayı onu izləyən ovçunu şikəst etdi
    • 22-05-2024, 13:51
    • 201

Ayı onu izləyən ovçunu şikəst etdi

Kanadada ayı onun izinə düşməyə çalışan ovçulara hücum edib.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, bu barədə Kanada Kral Atlı Polisinin saytında məlumat verilir.

Hücum mayın 16-da günortadan sonra Britaniya Kolumbiyası, Elk Vadisində baş verib. Ata və oğul itləri ilə ayının izinə düşməyə çalışıblar. Birdən onların düz qabağında ayı peyda olub və hücuma keçib.

Adı açıqlanmayan 36 yaşlı kişi bədənində sınıqlar və kəsiklər də daxil olmaqla çoxsaylı xəsarətlər alıb. Buna baxmayaraq, zərərçəkən odlu silahla ayıya müqavimət göstərə bilib. Atəşdən sonra heyvan qaçıb.

Yaralı ovçunun atası təcili yardım çağırıb.  O, vəziyyəti stabil olaraq xəstəxanaya çatdırılıb.

Elə həmin gün axşam saatlarında vəhşi təbiət idarəsinin əməkdaşları hücum yerinin yaxınlığında ayı cəsədini aşkar ediblər. Heyvan aldığı yaralardan sağ çıxa bilməyib.