Rusiyada keçmiş ordu komandiri həbs edildi
    • 22-05-2024, 23:40
    • 359

Rusiyada keçmiş ordu komandiri həbs edildi

Rusiyada 235-ci Qarnizon Hərbi Məhkəməsinin mətbuat xidmətinin mayın 17-də verdiyi açıqlamaya görə, keçmiş 58-ci Qvardiya Birləşmiş Silahlı Qüvvələrinin komandanı, general-mayor İvan Popovun dələduzluqda şübhəli bilinərək 2 ay müddətinə həbs olunmasına qərar verilib. 

News24.az xəbər verir ki, Popovun vəkili Sergey Buynovski Rusiyanın Tass xəbər agentliyinə verdiyi açıqlamada Popovun cinayət törətmədiyini əsas gətirərək məhkəmə qərarına etiraz etdiklərini bildirib.

Qeyd edək ki, hərbi xidmətə 56-cı Qvardiya Hava Hücum Alayının Komandanlığında başlayan İvan Popov müxtəlif birləşmələrdə komandir vəzifəsində çalışıb. 58-ci Qvardiya Əlahiddə Ümumqoşun Ordusunun komandanı kimi Ukraynada gedən müharibədə iştirak edib.

MÜDAFİƏ NAZİRLİYİNDƏ KORRUPSİYA BÖHRANI

Ötən ay rüşvət ittihamı ilə Rusiyada saxlanılan müdafiə nazirinin müavini Timur İvanovun istintaq zamanı ehtiyat tədbiri olaraq iyunun 23-dək həbsdə saxlanmasına qərar verilib.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyinin İnsan Resursları İdarəsinin rəisi Yuri Kuznetsov da rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu gözlənilmədən tutduğu vəzifədən azad edilib. Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsinə yeni təyin edilib.

Günel Məlikzadə