-
- 22-05-2024, 20:10
- 369
Göz rəngi dəyişdiriləcək -ŞOK
Son zamanlar getdikcə daha çox insan göz rəngini dəyişdirmək üçün keratopiqmentasiya əməliyyatı keçirməyə qərar verir.
News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəllər bu prosedur xəsarətlərin, infeksiyaların və anadangəlmə xəstəliklərin nəticələrini düzəltmək üçün - yalnız tibbi məqsədlər üçün istifadə edilirdi. Lakin hazırda keratopiqmentasiya tibbin sərhədlərini aşaraq populyar gözəllik dəbinə çevrilib.
Qəzet yazır ki, sosial şəbəkələrdə blogerlər təbii göz rəngini həmişəlik necə dəyişdiklərini nümayiş etdirərək öz təcrübələrini bölüşürlər. Çox vaxt qəhvəyi göz rəngi zəngin yaşıl və ya mavi rəngə dəyişdirilir. Həkim lazer və ya iynədən istifadə edərək buynuz qişada kəsik edir və nəticədə irisin təbii rəngini maskalayan yerə piqment yeridir.
Həkimlər hesab edirlər ki, belə bir əməliyyatı yalnız gözəllik naminə etmək kifayət qədər əsaslı deyil. Bu cür inyeksiyalar, hətta əvvəllər heç bir göz problemi olmayan insanlarda da tam korluğa qədər görmə problemlərinə səbəb ola bilər.
2024-cü ilin əvvəlində Amerika Oftalmologiya Akademiyası keratopiqmentasiyanın təhlükələri və göz rənginin dəyişdirilməsinin digər üsulları haqqında xəbərdarlıq edib. Böyük Britaniyada bu prosedur kosmetik məqsədlər üçün tamamilə qadağandır. Bunu etmək istəyənlər xüsusi olaraq xaricə getməyə məcbur olurlar.
Bununla belə, keratopiqmentasiya haqqında “TikTok” videoları artıq milyonlarla baxış alır.