-
- 22-05-2024, 23:39
- 362
"İnter" satıldı - Rəsmi
Bu mövsüm İtaliya çempionu olan "İnter"i ABŞ-ın "Oaktree Capital" şirkəti idarə edəcək.
News24.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin direktoru Alehandro Kano öz açıqlamasında bildirib.
"İnter"in sahibi olan Çin şirkəti "Suning Group" ABŞ-ın "Oaktree Capital" şirkətinə 368 milyon avroluq borcunu ödəyə bilməyib. "Suning Group" əməkdaşlıq şərtlərini pozduğuna görə, "Oaktree Capital" "İnter"ə nəzarəti ələ keçirib.
İtaliya mətbuatında yayılan xəbərlərdə bildirilir ki, yeni sahiblərin klubda hansı addımları atacağı hələlik məlum deyil. "Oaktree Capital"ın "İnter"ə yatırım etməmək və ya klubu kiçiltmək, ixtisarlar aparmaq ehtimalları komandanın azarkeşlərini də qorxudur.
Qeyd edək ki, "Suning Group" 2016-cı ildə 270 milyon avroya "İnter"in səhmlərinin 70 faizini almışdı.