Günəşdə üç güclü partlayış - Maqnit qasırğası olacaq
    • 23-05-2024, 08:00
    • 450

Günəşdə üç güclü partlayış - Maqnit qasırğası olacaq


Alimlər mayın 22-də Günəşdə üç güclü partlayış qeydə alıblar.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Rusiyanın Tətbiqi Geofizika İnstitutu partlayışların rentgen diapazonunda, M səviyyəsində olduğunu və müvafiq olaraq 31, 44 və 21 dəqiqə davam etdiyini açıqlayıb.

Cari partlayışlar güclü sinfə aid olduğundan Yerdə maqnit qasırğası gözlənilir.