Ankaraya xəbərdarlıq edildi
    • 23-05-2024, 11:14
    • 182

Ankaraya xəbərdarlıq edildi

Türkiyə Meteorologiya Baş İdarəsi bu gün günorta saatlarından sonra Ankarada tufan gözlənildiyini açıqlayıb.

News24.az xəbər verir ki, Ankara Qubernatorluğu Meteorologiya xəbərdarlığının ardından vətəndaşları xəbərdar edib.

Sosial media hesabından edilən açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib:

“Meteorologiya Baş İdarəsinin Təhlil və Proqnoz Mərkəzindən alınan son məlumatlara görə, bu gün günorta saatlarında müşahidə olunacaq tufanın Ankarada güclü (21-50 kq/m2) olacağı, sel, daşqınlara səbəb olacağı gözlənilir. Külək kimi neqativlərə qarşı diqqətli və ehtiyatlı olmaq lazımdır".

Günel Məlikzadə