Yaşayış binasında partlayış: Ölən və yaralananlar var
    • 23-05-2024, 15:52
    • 287

Yaşayış binasında partlayış: Ölən və yaralananlar var

Çinin Heilongjiang əyalətinin paytaxtı Harbin şəhərində 5 mərtəbəli yaşayış binasında partlayış baş verib.

News24.az xəbər verir ki, binaya böyük ziyan dəyərkən, əraziyə yanğınsöndürmə briqadası və tibb qrupları göndərilib.

Çin mediası 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını bildirib.

Partlayış anı avtomobilin kamerasına düşüb. Partlayışla güclü tüstünün qalxdığı və binanın parçalarının yola səpələndiyi görülüb.

Qeyd edək ki, partlayışa qaz çəninin səbəb olduğu ehtimal edilir.

Günel Məlikzadə