Yaşayış binasında partlayış: ÖLƏNLƏR VAR
    • 16-05-2024, 23:40
    • 184

Yaşayış binasında partlayış: ÖLƏNLƏR VAR

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Düsseldorf şəhərində yaşayış binasının birinci mərtəbəsindəki köşkdə yerli vaxtla saat 02.25 radələrində partlayış baş verib.

News24.az xəbər verir ki, partlayışdan sonra yanğın baş verdiyi üçün əraziyə yanğınsöndürmə briqadaları göndərilib.

Alov yuxarı mərtəbələrə və park edilmiş avtomobillərə keçib. Çoxlu sayda mənzil sakini nərdivanlarla eyvandan çıxarılıb.

Yanğınsöndürmə idarəsindən verilən açıqlamada 3 nəfərin öldüyü, 16 nəfərin xəstəxanalara aparıldığı bildirilib.

Yanğının səbəbi hələlik məlum deyil.

Günel Məlikzadə