Dava edənləri sakitləşdirərkən həlak olan 25 yaşlı Yusifin FOTOSU
    • 23-05-2024, 16:54
    • 212

Dava edənləri sakitləşdirərkən həlak olan 25 yaşlı Yusifin FOTOSU

Türkiyənin Elazığ şəhərində qan donduran qətl hadisəsi baş verib.

News24.az azerforum-a istinadla xəbər verir ki, qonşu ailələr arasında davanı yatırmaq istəyən gənc həlak olub.

Hadisə ötən gün axşam saatlarında şəhər mərkəzində baş verib. Ərazidən avtomobillərin sürətlə keçməsinə görə qonşu ailələr arasında düşən mübahisə silahlı davaya çevrilib. Davanı yatırmaq istəyən 25 yaşlı Yusif Çaça tərəflərin açdığı atəş ilə yerə yıxılıb. Çaçanın dünyasını dəyişdiyi müəyyən edilib. 1 şübhəli saxlanılıb.