Davanı ayırmaq istədi, öldü
    • 22-05-2024, 22:20
    • 150

Davanı ayırmaq istədi, öldü

Elazığın Yenice kəndində naməlum səbəbdən iki qrup arasında dava düşüb.

News24.az xəbər verir ki, həmin vaxt yoldan keçən və davanı dağıtmaq istəyən Yusuf Çaça mübahisə edənlərdən birinin ona atəş açması nəticəsində yaralanıb.

Xəbərdarlıq üzərinə hadisə yerinə təcili yardım və jandarma qrupları sövq edilib.

Təcili yardımla Fəthi Sekin Şəhər Xəstəxanasına çatdırılan Çaça müalicə olunsa da, onu xilas etmək mümkün olmayıb.

Digər tərəfdən Çaçanın 3 ay əvvəl əsgərlikdən tərxis edildiyi öyrənilib. Jandarma hadisə ilə bağlı geniş miqyaslı araşdırma başladıb.

Günel Məlikzadə