Bu, ikitərəfli münasibətlərdə mühüm hadisədir - Prezident
    • 23-05-2024, 17:30
    • 168

Bu, ikitərəfli münasibətlərdə mühüm hadisədir - Prezident

Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir.

News24.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Tacikistan Prezidenti Emoməli Rəhmon ilə mətbuata bəyanatında deyib.

"Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir", - deyə dövlətimizin başçısı bildirib.